Modern.az

ABŞ İŞİD-lə mübarizə üçün terror təşkilatına da yardım edir

ABŞ İŞİD-lə mübarizə üçün terror təşkilatına da yardım edir

3 İyun 2017, 20:14

ABŞ İŞİD-lə mübarizə üçün yardımlarını davam etdirir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yardım alanlar arasında terror təşkilatları PYD/PKK da var. Təxminən 3 həftədə, ümumilikdə 218 yük maşını Raqqanın şimalındakı təşkilat üzvlərinə göndərilib.

Məlumatlara görə, dünən gecə sursat daşıyan 70 maşın ABŞ-ın Hasekedeki Rümeylan hərbi hava bazasından yola düşüb.

Mayın 15-dən etibarən isə 218 yük maşını göndərilib. Həftənin əvvəlində ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) ilk dəfə PYD/PKK-ya yüngül silahlar və hərbi vasitələr göndərdiyini deyərək İŞİD-lə mübarizə çərçivəsində təşkilatı dəstəkləməyə davam edəcəyini açıqlamışdı.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?