BMT təyyarəsi qəza enişi edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya ərzaq proqramının təyyarəsi Somalidə qəza enişi edib. Məlumata görə, hadisə ölkənin cənubunda, Qedo vilayətində qeydə alınıb. Hadisə zamanı təyyarədə 4 nəfər olub. Onlar qəza enişi zamanı xəsarət almayıblar.
Modern.az