Modern.az

Suriyada daha 28 dinc sakin həlak olub

Suriyada daha 28 dinc sakin həlak olub

3 İyun 2017, 21:08

Suriyada daha 28 dinc sakin həlak olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriya ərazisini bombalaması nəticəsində baş verib.

Məlumata görə, İŞİD terror qruplaşmasının Rakka ərazisindəki obyektlərinin bombalanması nəticəsində daha 28 sakin həlak olub. Hava zərbələri nəticəsində həmçinin onlarla dinc sakin yaralanıb.

Qeyd edək ki, bu, ilk hadisə deyil. Beynəlxalq koalisiya qüvvələrinin İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatları zamanı yüzlərlə insan həlak olub. Koalisiya qüvvələrinin son məruzəsində bildirilir k, İŞİD-ə qarşı əməliyyatların başlanğıcından hava zərbələri nəticəsində azı 484 öldürülüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?