Modern.az

Nazirlərin iştirak etdiyi dəfndəki partlayışda 20 nəfər öldü

Nazirlərin iştirak etdiyi dəfndəki partlayışda 20 nəfər öldü

3 İyun 2017, 21:23

Əfqanıstanın paytaxtı Kabildə dəfn mərasimində törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 87 nəfər isə yaralanıb.

Partlayış zamanı dəfndə baş nazir Abdulla Abdulla və xarici işlər naziri Salahuddin Rabbani də iştirak edirdilər. Onların heç biri xəsarət almayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Kabildə prezident sarayında baş verən partlayışda 100 nəfər ölmüş, 600 nəfər yaralanmışdı. Bundan sonra isə paytaxtda ölkə prezidenti Əşrəf Qaninin istefası tələbi ilə kütləvi aksiyalar keçirilir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?