Latviyada yerli hakimiyyət orqanlarına keçirilən seçkilər yekunlaşıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, latviyalılar seçkilərin gedişində ölkənin 9 böyük şəhərinin 110 diyarından 1614 deputatı seçiblər.
Son məlumata görə, ölkədə seçici fəallığı 47,08 faiz təşkil edib. Seçicilərin 679 min 708 nəfəri seçkilərdə səs verib. Seçkilərdə fəallıq ötən marafonla müqayisədə yüksək olub.
Qeyd edək ki, seçkilərin nəticələri iyunun 4-də açıqlanacaq.
Modern.az