Modern.az

"Real Madrid" 12-ci dəfə Çempionlar Kubokunu qazandı

"Real Madrid" 12-ci dəfə Çempionlar Kubokunu qazandı

4 İyun 2017, 00:41

UEFA Çempionlar Liqasında 2016/2017-ci illər mövsümünün final oyunu keçirilib. Modern.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin finalında İtaliyanın "Yuventus" və İspaniyanın "Real Madrid" klubu üz-üzə gəlib.  Qarşılaşmada hesabı "Real Madrid" açıb. Ronaldo 20-ci dəqiqədə komandasının ilk qolunu vurub. 

Oyunun 27-ci dəqiqəsində Mandzukiç hesabı bərabərləşdirib.

İkinci hissədə Madrid klubu daha üç dəfə fərqlənib. 

Beləliklə, "Yuventus"u 4:1 hesabı ilə məğlub edən "Real Madrid" klubu qitənin ən güclü komandası adını qazanıb. "Real Madrid" 12-ci dəfə Çempionlar Kubokuna yiyələnib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?