Modern.az

Azərbaycan mediasında azadlıq nə qədər hiss olunur?

Azərbaycan mediasında azadlıq nə qədər hiss olunur?

Media

2 May 2011, 16:28

Sabah Ümümdünya Mətbuat Azadlığı günüdür. 3 may tarixi 1993-cü ildən qeyd olunur. Məhz bu gündə bütün dünyada senzuranın yolverilməzliyi, həbsdə olan jurnalistlərin azad olunması, təzyiqlərə məruz qalan jurnalistlərə qarşı bu hərəkətləri edənlərin cəzalandırılması ilə bağlı müzakirələr aparılır.

Modern.az saytı media rəhbərlərindən Azərbaycan mətbuatının azadlıq durumunu, müstəqilliyini necə qiymərtləndirdikləri barədə soruşub.

“Azadinforum”un redaktoru Niyaz Niftiyev bildirib ki, Azərbaycanda mətbuat azaddır və medainın fəaliyyətini azad qiymətləndirir. Onun sözlərinə görə, dövlət üstünə düşən öhdəlikləri yerinə yetirir.
“1998-ci ildə senzuranın ləğv olunması medianın fəaliyyətinə heç bir maneə törədilmədiyini göstərir. Bu gün hər kəs, istər fiziki, istərsə də hüquqü şəxslər Ədliyyə Nazirliyində qeydiyyatdan keçməklə KİV təsis edə bilərlər. Yəni medainın fəlaiyyətini azad qiymətləndirirəm, xüsusilə çap medaisına heç bir müdaxilə yoxdur.
Əvvəllər hər hansı KİV təsis etmək üçün çoxlu sənədlər tələb olunurdu. Amma indi belə çətinlik yoxdur. İstər təsisçilik hüquqularının əldə olunmasında, istərsə də ondan sonrakı fəaliyyətdə dövlətin heç bir müdaxiləsi yoxdur”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, Azərbaycan mediasının, xüsusilə yazılı mətbuatın vəziyyəti ürəkaçan deyil. Onun sözlərinə görə, məhz mətbuat azadlığı günündə ölkəmizdə söz azadlıqlarının məhdudlaşdırılması aktualdır.
“Söz azadlığı bizim iş yerimiz və gələcəyimizdir. Deməli, bizim iş yerimiz və gələcəyimiz təhlükədədir”.

AzərTAc-ın baş direktorun müavini Dağbəyi İsmayılov bugünki Azərbaycan mediasının vəziyyətini, müstəqilliyini yüksək qiymətləndirir.
“Bu gün Azərbaycan medaisı kifayət qədər azaddır, nə istəyir yazır, nə istəyir deyir və söyləyir. Bundan azad mətbuat yoxdur”-deyə D.İsmayılov əlavə edib.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli da Azərbaycan mediasının bu günki vəziyyətini normal qiymətləndirir.
“Əgər bu gün mətbuatda istənilən məsələlərdə fikir mübadiləsi aparılırsa, fikir prülarizmi varsa, bu söz azadlığının, fikir plüralizminin mövcudluğunu təsdiqləyir.  
Ümumiyyətlə, Azərbaycanda fundamental söz, fikir və mətbuat azadlığı var. Əgər bu sahədə ciddi problemlər olsaydı, o zaman mən sizinlə bu barədə sərbəst danışa bilməzdim”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı hesab edir ki, Azərbaycanda müstəqil mətbuat var və müstəqil mətbuat problemləri ilə yanaşı, özünün növbəti inkişaf mərhələsindədir. “Azərbaycanda bu gün çox sayda müstəqil mətbuat nümunələri var. Eyni zamanda çap mediasına parallel şəkildə elektron media, məxsusi olaraq internet mediası dünyada necə inkişaf prosesi keçirsə, həmin proses Azərbaycanda da təkrar olunur. Bütün bunlar Azərbaycanda mətbuat azadlığının bir göstəricisi kimi ortaya çıxır. Xəbər portalları, agentliklərlə yanaşı, internet televiziyaları da fəaliyyətə başlayıb. Bunlar alternativ informasiya mənbələridir və insanların öz istəklərinə uyğun şəkildə informasiyanı əldə etmək hüquları yarada bilir”.

Qeyd edək ki, BMT Baş Assambleyası 1991-ci ildə keçirilmiş YUNESKO Baş Konfransının 26-cı iclasının tövsiyələrinə əsaslanaraq, 1993-cü ildə 3 may tarixini Ümumdünya Mətbuat Azadlığı Günü elan edib. Bu əlamətdar gün mətbuat azadlığında olan vəziyyətin təhlil edilməsi, mətbuatın hücumlardan qorunması və vəzifə borcunu yerinə yetirərkən həyatını qurban vermiş jurnalistlərə dərin ehtiramın izhar edilməsi üçün bir imkandır.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi