Modern.az

Deputatlar Sankt-Peterburqdan qayıdıblar

Deputatlar Sankt-Peterburqdan qayıdıblar

2 May 2011, 16:37

Milli Məclisin deputatları Rüfət Quliyev, Fəzail Ağamalı və Milli Məclis aparatının məsul işçisi İlqar Nəbiyev MDB Parlamentlərarası Assambleyası dövlət quruculuğu və yerli özünüidarəetmənin təcrübəsi üzrə daimi komissiyasının iclasında iştirak ediblər. Modern.az-ın məlumatına görə, iclasın gündəliyində seçki qanunvericiliyinin təkmilləşdirilməsi, MDB ölkələrində yerli özünüidarəetmə təşkilatlarının maliyyə problemlərinin həlli məsələləri öz əskini tapıb.

Aprel ayının 25-29 aralığında keçirilən iclasından başqa,  azərbaycanlı deputatlar Rusiya parlamentinin 105 illiyinə həsr  edilmiş Beynəlxalq konfransda da iştirak ediblər.  Rüfət Quliyev konfransda çıxış etmişdir. Sankt-Peterburqda Rüfət Quliyev həmçinin bir sıra görüşlər keçirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?