Modern.az

Koalisiyadan İŞİD mövqelərinə növbəti zərbə

Koalisiyadan İŞİD mövqelərinə növbəti zərbə

4 İyun 2017, 23:50

ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD-in mövqelərinə növbəti dəfə zərbə endirib. Modern.az xəbər verir ki, koalisiya gücləri Suriyanın bir neçə şəhər və qəsəbəsində İŞİD-ə qarşı avia zərbələr endirib. Eyni zamanda PKK-nın Suriya qolu olan PYD-də Rakkada İŞİD-in nəzarətində olan bir neçə mühüm kəndi ələ keçirib.

Məlumata görə, PYD-nin mühasirəsində olan İŞİD-in Suriyanın digər bölgələrilə əlaqələri tam kəsilib. Hazırda bölgədə şiddətli döyüşlər gedir. Yaxın günlərdə genişmiqyaslı əməliyyatlara başlanılacağı bildirilir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?