“Əl-Qaida” terror şəbəkəsi rəsmi təşkildə Usamə Ben Ladenin öldürüldüyünü təsdiq edib. Modern.az “Life News Online»-a istinadən bildirir ki, bu barədə “Əl-Qaida”nin Yəmən qruplaşmasının adı açıqlanmayan rəsmisi bəyan edib. O bildirib ki, Ben Laden Pakistanda qətlə yetirilib.
“Ben Ladenin ölümü bütün beynəlxalq terror şəbəkəsi üçün dəhşətli bir zərbədir”-deyə o vurğulayıb.
Ben Laden ABŞ hərbiçilərinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb. Bu barədə ABŞ prezidenti Obama rəsmi açıqlama verib. “Əl-Qaida” lideri Ölü dənizin dibində basdırılıb.
Modern.az