Modern.az

Qeyri-adi aksiya: çılpaq qızalardan Qəddafiyə dəstək... (FOTOLAR)

Qeyri-adi aksiya: çılpaq qızalardan Qəddafiyə dəstək... (FOTOLAR)

2 May 2011, 16:59

Moskvada NATO-nun Liviyaya qarşı apardığı hərbi əməliyyatlara qarşı qəribə və gözlənilməz aksiya keçirilib. Modern.az rus saytlarına istinadən bildirir ki, Moskvada fəaliyyət göstərən “Femen” Qadın hərəkatının üzvləri Avropa Parlamentinin nümayəndəliyi qarşısına yarıçılpaq gələrək Liviyada müharibənin dayandırlmasını tələb ediblər.

Özləri ilə Liviya lideri Müəmmər Qəddafinin böyük şəkilləri əks olunumuş yataq döşəkləri gətirən qızlar antimüharibə şüarları səsləndiriblər.
“Müharibə ruhunu yatırdaq!”, “Yataq və gözələ bax-müharibəni unut!” şüarları yazılmış plakatlar yoldan keçənlərin böyük marağına səbəb olub. Feminist hərəkatının üzvləri bildiriblər ki, “müharibə insanları yuxusuz qalmağa məcbur edir”.
Polis kütləvi aksiyaların keçirilmə qaydalarının pozulmasını əsas gətirərək aksiyanın davam etməsinə imkan verməyib.  Aksiya nəticəsində hərəkatın bir üzvü polis tərəfindən saxlanıb.









Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?