Mayın 2-də Litva Respublikasının prezidenti xanım Dalya Qribauskayte Azərbaycana rəsmi səfərə gəlib. Bu münasibətlə Litvalı dövləti başçısının rəsmi qarşılanma mərasimi keçirilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb, dövlət himnləri səsləndirilib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdikdən sonar Litva prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Daha sonraAzərbaycanın dövlət və hökumət nümayəndələri prezident Dalya Qribauskayteyə, Litva nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunubdur.
Modern.az