Modern.az

Futbolçu məşq zamanı öldü

Futbolçu məşq zamanı öldü

Dünya

5 İyun 2017, 20:35

Çinin “Beytszin” klubunun və Kot-d'İvuar yığmasının yarımmüdafiəçisi Şeyk Tiote 30 yaşında  vəfat edib. Modern.az APA-ya istinadən xəbər verir ki, futbolçunun halı məşq zamanı qəflətən pisləşib. Bir neçə saatdan sonra Ş.Tiote xəstəxanada keçinib. Ölümün səbəbləri barədə hələ ki, məlumat verilmir.

Şeyk Tiote müxtəlif illərdə Hollandiyanın “Tvente” və “Roda”, Belçikanın “Anderlext” klubunda oynayıb. 2010-cu ildən İngiltərənin “Nyukasl” klubunun şərəfini qoruyan futbolçu bu ilin fevralından karyerasını Çində davam etdirib.

Kot-d'İvuar milli komandasının heyətində 55 dəfə meydana çıxan Ş.Tiote 2015-ci ildə  Afrika Millətlər Kubokunun qalibi olub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?