Modern.az

London terrorunda şübhəli bilinən iki şəxsin adı açıqlanıb

London terrorunda şübhəli bilinən iki şəxsin adı açıqlanıb

Dünya

5 İyun 2017, 22:01

London terrorunu törətməkdə şübhəli bilinən iki şəxsin adı açıqlanıb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, cinayətin London sakinləri, 27 yaşlı Pakistan əsilli Xuram Batt və 30 yaşlı Mərakeş və yaxud Liviya əsilli Rəşid Reduan tərəfindən törədildiyi ehtimal edilir.

Qeyd edəık ki, iyunun 3-də   “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər  insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. İnsidentlə bağlı 12 nəfər saxlanılıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?