Milli Məclisin deputatı Qənirə Paşayeva Ümumdünya Qlobal Qadın Sammitinin zirvə toplantısında iştirak etmək üçün mayın 4-dən 9-dək Türkiyədə səfərdə olacaq.
İstanbul şəhərində keçiriləcək toplantı “Qadınlar – XXI əsrdə qərarların həlli” mövzusuna həsr olunur. Tədbirdə deputat müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək, çıxışlarında Azərbaycanda qadın hüquqları, onların müxtəlif sahələrdə qazandıqları uğurlar və problemlər barədə məlumat verəcək.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, səfər müddətində Qənirə Paşayeva dünyanın müxtəlif ölkələrindən gəlmiş qadın millət vəkilləri, yüksək vəzifəli ictimai-siyasi xadimlər və işgüzar qadınlarla görüşlər keçirəcək, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi, minlərlə qadının öz doğma yurd-yuvasından didərgin düşməsi, əsir və girov götürülməsi barədə məlumatları onların diqqətinə çatdıracaq.
Modern.az