"Rəcəb Tayyib Ərdoğan Qətər böhranı üçün hərəkətə keçib". Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş bildirib.
Numan Qurtulmuşun sözlərinə görə, Yaxın Şərqdə olduqca qarışıq durum yaranıb: "Bir çox ölkələrdə xaos yaşanır. Böyük münaqişənin olduğu region yeni böhranların öhdəsindən gəlmək gücündə deyil. Qətərlə diplomatik kanallarımızı açıq saxlayırıq. Qətər böhranının həlli üçün əlimizdən gələni edəcəyik. Türkiyə olaraq üzərimizə düşən öhdəliyi yerinə yetirəcəyik".
Modern.az