Modern.az

Baş redaktorlar Ben Ladenin ölüm xəbərini necə qarşılayıblar?

Baş redaktorlar Ben Ladenin ölüm xəbərini necə qarşılayıblar?

2 May 2011, 19:16

Amerikanın bir nömrəli terrorçu adlandırdığı Usamə Ben Ladenin ölümü dünyada, xüsusilə amerikalılar tərəfindən böyük sevinclə qarşılanıb. Bəs Azərbaycan media nümayəndələri bu hadisəni necə qarşıladılar? Modern.az bu suala cavab tapmaq üçün iki baş redaktora müraciət edib.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Usamə Ben Ladenin öldürülməsini elə də qeyri-adi formada qarşılamadığını bildirdi.
“Amma hesab edirəm ki, bu antiterror koalisiyası, o cümlədən Azərbaycan üçün uğurdur. Bütövlükdə terror faktoruna “yalnız bir ölkəyə qarşı nəsə törədilib” deyə münasibət bəsləmək,  “Amerika terroruna görə layiqli cəzalarına çatsın” deyə düşünməyi düzgün qiymətləndirmirəm. Adekvat terror, yəni Azərbaycan xalqına qarşı cinayət, terror, Xocalı soyqırımı günhkarları layiqli cəza alsalar, o zaman beynəlxalq terror mahiyyət ortaya qoyar və insanlığın ortaq mövqeyi yaranar”.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı Usamə bin Ladenlə bağlı xəbəri adi qarşılayıb: “Xəbəri eşidəndə nə ona ürəyim yandı, nə də yerimdə hoppanıb-düşdüm”-deyən baş redaktor prosesin sonunu maraqla gözləyir.
“Sadəcə bu hadisə məndə sual doğurdu ki, onun aradan götürülməsindən sonra görəsən terrorla mübarizə məsələləri nə yerdə olacaq? Terror hadisələri və terrorçular artacaq, yoxsa azalacaq? Bu hadisə terrora son qoyula biləcəkmi, yoxsa yenə terrozim davam edəcək?”-deyə E.Şıxlı vurğulayıb.

Aytən ƏLIYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?