Əsas hissəsini kürd döyüşçülərinin təşkil etdiyi “Suriya Demokratik Qüvvələri” İŞİD-in “paytaxt” elan etdiyi Raqqaya daxil olublar.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar şəhərin şərqində yerləşən Məhləb məhəlləsinini bir hissəsini nəzarətə götürüblər.
Suriya Demokratik Qüvvələrinin rəsmisi Talal Silo əməliyyatın bazar ertəsi günü 3 istiqamətdən başladığını və beynəlxalq koalisiyanın hava dəstəyi ilə uğurların əldə olunduğunu deyib.
O, İŞİD üzvlərinin şəhər uğrunda ölümə qədər döyüşəcəyini bildirib. Raqqa 2013-cü ildən İŞİD-in nəzarətindədir və onun qeyri-rəsmi paytaxı sayılır.
Vüqar İSMAYILOV