Modern.az

ADU-nun tələbəsi 4 ən yaxşı natiqdən biridir

ADU-nun tələbəsi 4 ən yaxşı natiqdən biridir

3 May 2011, 10:45

Bu yaxınlarda BMT, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və “Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyinin təşkilatçılığı ilə tələbələr arasında  “Respublika üzrə ən yaxşı natiq” adlı debat  turniri keçirilib. Müxtəlif ali məktəb tələbələrinin qatıldığı turnirdə ADU-nun 1 saylı İngilis dili fakültəsinin tələbəsi Ziba Nəcəfova da iştirak edib. Həmçinin o, ADU Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Debat klubunda natiqlik turnirinin ən yaxşı I natiqidir. Maraqlı və gərginliyi ilə seçilən turnirdə ADU-nun tələbəsi respublika üzrə 4 ən yaxşı natiqdən biri seçilib. Bununla yanaşı, ADU-nun tələbəsinin  23-24 aprel tarixlərində Gənclər və İdman Nazirliyi və Azərbaycan Dövlət Aqrar Universitetinin dəstəyi ilə keçirilən debat turnirində məşqçilik etdiyi komanda çempion olub,  Z. Nəcəfova isə “Ən yaxşi məşqçi” sertifikatı ilə təltif olunub. Z. Nəcəfovanın uğurları bununla da bitmir. Belə ki, o respublika turnirlərində hakimlik etmək statusunu da qazanıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?