Modern.az

ATƏT monitorinqlərlə bağlı açıqlama yaydı

ATƏT monitorinqlərlə bağlı açıqlama yaydı

7 İyun 2017, 00:41

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kaspşikin ofisinin monitorinqləri etimadın möhkəmləndirilməsi mühüm tədbirdir. Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə Avstriyanın ATƏT-ə Sədrliyinin bəyanatında bildirilir.

"Andjey Kaspşikin ofisinin monitorinqləri diqqətlə hazırlanır və tərəflərlə razılaşdırılır. Onlar bütün iştirakçıların təhlükəsizliyini təmin etmək məqsədi ilə hərbi müşayiətin köməkliyi ilə keçirilir", - deyə bəyanatda bildirilir.

"Şəxsi nümayəndə tərəflər arasında etimadın artırılmasının digər yollarını daim öyrənir", - deyə ATƏT Sədrliyinin bəyanatında qeyd olunur.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 7-də Ermənistan və Azərbaycanın dövlət sərhədində, Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığında növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?