Məşhur Hollivud rejissoru, “Oskar” laureatı Oliver Stoun Rusiya prezidenti Vladimir Putindən müsahibə alıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rejissor Moskva və Vaşinqton arasındakı mümkün müharibə ehtimalı barədə sual verib.
“Düşünürəm ki, bu müharibədən heç kim sağ çıxmazdı” –deyə Putin suala cavab verib. Amma Rusiya prezidenti sülhə ümid olduğunu da deyib.
“İki ölkə arasında münasibətlər yaxşılaşmalıdır. Bizi ağ tərlikdə qəbirə aparmayana qədər bu ümid qalır”.
Putin həmçinin, NATO-nun SSRİ-nin süqutundan sonra özünə yerni düşmən obrazı axtardığını və buna görə gündəmə müxtəlif təxribat xarakterli məlumatların atıldığını deyib.
Vüqar İSMAYILOV