Xüsusi əməliyyatın iştirakçıları keçirdikləri brifinqdə “Əl-Qaida” liderini necə öldürdüklərini deyiblər
“Ben Ladenin məhv edilməsi əməliyyatı zamanı onun ətrafında olan adamalrdan heç kim saxlanılmayıb”. Bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşı jurnalistlər üçün Pentaqonda telefonla keçirdiyi xüsusi brifinqdə bildirib. Adı açıqlanmayan həmin hərbçidən başqa, brifinqdə ABŞ kəşfiyyartının yüksək rütbəli əməkdaşları da iştirak edib. Modern.az İTAR-TASS-a istinadən bildirir ki, Pentaqon rəsmisi jurnalistlərə əməliyyat barədə məlumat verərəkən heç kimin saxlanmadığını bəyan edib.
“Bəs Ben Ladenlə olan insanlar harda qaldılar” sualına hərbiçi “onlar elə oradaca qaldılar” cavabını verib.
Brifinqdə iştirak edən hərbçilər qeyd ediblər ki, Ben Laden villada bir neçə uşağı, arvadı ilə evin ikinci və üçüncü mərtəbələrində yaşayıb. Burada ondan əlavə 3 kişi və bir qadın da öldürülüb.Yaşayış evinin daxilində həmçinin bir neçə uşaq və bir qadın olub. Uşaqlar xəsarət almayıblar.
Pentaqon rəsmisi bildirib ki, Ben Ladenin sağ, yaxud ölü halda ələ keçməsi üçün xüsusi təyinatlılara göstəriş verilib. “Onlara “əgər təslim olarsa, sağ tutmaq, müqavmət göstərərsə, öldürmək” göstərişi verilmişdi. Ben Laden müqavmət göstərdiyinə görə məhv edildi”-deyə Pentaqon rəsmisi vurğulayıb. O qeyd edib ki, malikanədə olanlar qadınlardan “canlı cədd” düzltməyə cəhd ediblər.
Hərbçilər brifinqdə bildiriblər ki, əməliyyat iştirakçıları malikanənin daxili quruluşu, orada olan insanların sayı və silahlar barədə bütün məlumatları əvvəlcədən biliblər.
Xüsusi təyinatlılar Ben Ladenin ətrafında olan insanları təhlükəsiz yerə apararaq sıradan çıxmış helokopteri partladıblar. Bundan sonra onlar Ben Ladenin cəsədini və sənədləri götürərək ikinci helokopterlə ərazini tərk ediblər.
“Əl-Qaidə” liderinini dənizin dibində basdırılmasının səbəblərini izah edən hərbçilər qeyd ediblər ki, heç bir ölkə Ben Ladenin cəsədinin onun ərazisində dəfn edilməsinə razılıq verməyib.
Modern.az