Tehran yaxınlığındakı Xomeyni məqbərəsində özünü partladan kamikadzenin qadın olduğu bildirilir.
Modern.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb. Məlumatda qadının özünü partlatmasından sonra onunla gəlmiş 2 silahlı şəxs ərazidə polislə atışmaya başlayıb. Bu zaman onlardan 1-nin öldürüldüyü, digərinin isə yaxalandığı xəbər verilir.
İran parlamentinə hücum edən şəxslərdən birinin binanı tərk edərək qaçdığı və küçə boyu atəş açdığı da gələn xəbərlər arasındadır.
Vüqar İSMAYILOV