Modern.az

İran parlamentində ölənlər 7-yə çatdı, girovlar var

İran parlamentində ölənlər 7-yə çatdı, girovlar var

7 İyun 2017, 12:12

İran parlamentində silahlı hücum zamanı ölənlərin sayı 7-yə çatıb.

 

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, daha 4 nəfər girov kimi silahlıların əlində qalır.

 

İŞİD qruplaşması artıq sosial şəbəkələrdəki resurslarında hadisəyə görə məsuliyyəti üzərinə götürdüyünü bildirib.

 

İran daxili işlər naziri Əbdülrza Fəzli isə Tehran vilayəti şurasının təcili iclasının keçirildiyini xəbər verib. O, parlament binasına hücum edənlərdən 1-nin məhv edildiyini vurğulayıb.

 
İran Daxili İşlər Nazirliyi silahlı hücumlarla əlaqədar bəyanat yayıb.

Nazirlik hadisələrin baş verdiyi ərazilərdə vəziyyətin nəzarət altına alındığını və narahatlığa əsas olmadığını bildirib.



Vüqar İSMAYILOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?