Bu gün İranda parlamemnt binasına və İslam Respublikasının banisi Ruhulla Xomeyninin məqbərəsinə edilən hücumlardan sonra situasiya tam nəzarətə götürülüb.
Modern.az xəbər verir ki, terrorçuların adları məlum olmasa da, onların İŞİD üzvləri olduğu dəqiqləşib.
Beləliklə, İranda səhər hadisələr necə cərəyan edib?
Səhər saat 10 radələrində 2 terrorçu qrup eyni vaxtda Tehranda hücum həyata keçirib. Aralarında 2 kamikadzenin olduğu birinci qrup Xomeynini məqbərəsinə daxil olmağa cəhd ediblər. Lakin təhlükəsizlik qüvvələri üzərində 6 qumbara olan kamikadzelərdən birini məhv edə bilib. Digər qadın kamikadze son anda üzərindəki partlayıcı qurğunu işə salda da, heç kimə zərər bura bilməyib.
Qalan 2 silahlı isə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Sayları 4 nəfər olan ikinci qrup isə parlament binasına daxil olmaq istəyib. Terrorçulardan 2-si hadisə yerində məhv edilsə də, binaya daxil olan digər 2 terrorçu 5 və 6-cı mərtəbələr arasında barrikada qurublar və bir neçə nəfəri girov götürüblər. Təxminən 1 saat sonra onlardan 1-I özünü partladıb.
Ölən və yaralananlarla bağlı rəsmi açıqlama olmasa da, yerli mətbuat 7 nəfərin öldüyü və 11 nəfərin yaralandığı barədə məlumat verir. Daxili işlər naziri Hüseyn Zülfüqari parlamüntə hücum zamanı terrorçuların qadın geyimlərində olduğunu deyib.
Rəsmi orqanlar isə açıqlamalar vermir. Rəsmi dövlət televiziyası isə hadisə barədə ümumiyyətlə, xəbər verməyib.
Vüqar İSMAYILOV