Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, «Yeni Nəsil» Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyivə “Azərfon” MMC şirkətinin birgə təşəbbüsü ilə «Ölkənin inkişafında İKT və mobil rabitənin rolu» mövzusunda ən yaxşı jurnalist işləri müsabiqəsi élan ediləcək. Bu barədə Modern.az-a təşkilatçılar məlumat veriblər.
Mayın 4-də “Park İnn” otelinin Nəsimi zalında birgə mətbuat konfransı keçiriləcək. Orada 2011-2012-ci illər üçün «Media - İKT» əməkdaşlıq platforması çərçivəsində nəzərdə tutulmuş tədbirlər açıqlanacaq.
Modern.az