Misirin Qahirə hava limanında fəaliyyət göstərən "Qatar Airways" şirkətinin ofisləri bağlanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hava limanının rəhbərliyi tərəfindən verilən qərara görə, şirkətin satış ofislərinin fəaliyyəti dayandırılıb. "Qatar Airways"in əməkdaşların vəsiqələri və xidməti zonaya keçidə icazə verən sənədlər geri alınıb. Milliyyətindən asılı olmayaraq personalın hava limanı zonasına girişi qadağan edilib.
Modern.az