Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AQAC) mayın 3-də Bakı Slavyan İnuversitetində qanvermə aksiyası təşkil edib.
AQAC-ın vitse-presidenti Qafar Əsgərzadə bildirib ki, tədbir 8 may- eynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranma günü ilə əlaqədar keçirilir. May ayının 8-i Şuşanın işğal gününə təsadüf etdiyi üçün AQAC öz tədbirlərini may ayının əvvəllərində qeyd edir.
Bakı Slavyan Universitetində keçirilmiş qanvermə aksiyasında yüzlərlə insan - Cəmiyyətin üzvləri, universitetin professor, müəllim və tələbələri, eləcə də könüllülər iştirak ediblər.
Qanverən şəxslərə yüksək səviyyədə tibbi xidmət göstərilib, donor qanları Səhiyyə Nazirliyinin Qanköçürmə İnstitutunun qan bankına təhvil verilib.
Toplanan qan laboratoriyada yoxlanıldıqdan sonra irsi qan xəstəliklərindən əziyyət çəkən, hemofiliyalı, talassemiyalı, həmçinin qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
Modern.az