İranın paytaxtı Tehranda ayətullah Xomeyninin məqbərəsinə və ölkə parlamentinə hücumla əlaqədar artıq saxlanılanlar var. Modern.az "Reuters"ə istinadən xəbər verir ki, artıq 5 şübhəli saxlanılıb.
Qeyd edək ki, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına əsasən iki terrorçu qrupun hücumu nəticəsində 12 nəfər həlak olub. Hadisə nəticəsində 40 nəfər yaralanıb.
Modern.az