Gürcüstanda zəlzələ olub. Modern.az xəbər verir ki, zəlzələ paytaxt Tiflis və azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda hiss edilib. Maqnitudası 5,1 bal təşkil edən zəlzələnin episentri Siqnaxi şəhərinin yaxınlığındakı Kvemo Mağoro kəndində olub.
Qeyd edək ki, yeraltı təkanların maqnitudası və xəsarət alanların olub-olmadığı barədə hələ ki, məlumat verilməyib.
Modern.az