Modern.az

Bu gün britaniyalılar yeni hökuməti formalaşdıracaq siyasi qüvvəni seçir

Bu gün britaniyalılar yeni hökuməti formalaşdıracaq siyasi qüvvəni seçir

8 İyun 2017, 00:09

Bu gün Böyük Britaniya vətəndaşları yeni hökuməti formalaşdıracaq siyasi qüvvəni seçəcəklər. Modern.az xarici mediaya istinadən  xəbər verir ki, Baş nazir Tereza Meyin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası sosioloji sorğularda uzun müddət liderlik edirdi. Növbədənkənar parlament seçkiləri ərəfəsində isə torilərin populyarlığı sürətlə aşağı düşməyə başlayıb.

YouGov şirkətinin Mançesterdəki terror hücumuna qədər keçirdiyi rəy sorğusunun nəticələrinə görə, Mühafizəkarlar Partiyasını seçicilərin 44 faizi dəstəkləyirdi. Leyboristlər Partiyasına rəğbət bəsləyənlər isə yalnız 35 faiz təşkil edirdi. Mayın 22-də Mançestrdə, iyunun 3-də Londonda baş verən terror aktlarından sonra qüvvələr nisbəti dəyişir: hakim partiya səsləri itirir, leyboristlər əlavə səs yığırlar. Buna qədər mühafizəkarlar kifayət qədər inamlı görünürdüsə, son günlərin hadisələri onları narahatlıq keçirməyə vadar edib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?