Tehranda baş verən terror hadisələri nəticəsində xəsarət alanlardan daha biri dünyasını dəyişib. Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bununla da hadisədə ölənlərin sayı 13 nəfərə çatıb. Bundan əvvəl 12 nəfərin öldüyü, 42 nəfərin isə yaralandığı bildirilirdi.
Qeyd edək ki, ötən gün İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub.
Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.
Modern.az