Modern.az

Ən çox pul qazanan idmançıların adları AÇIQLANDI

Ən çox pul qazanan idmançıların adları AÇIQLANDI

8 İyun 2017, 11:46

Portuqaliya yığmasının və “Real” Madrid klubunun hücumçusu Kriştianu Ronaldu 2016-cı ildə ən çox pul qazanmış idmançı seçilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o ötən il 93 milyon dollar qazanıb.

Bu vəsaitin 58 milyon dolları müxtəlif müqavilə və bonuslar, 35 milyonu isə sponsor və futboldankənar reklam müqavilələri ilə bağlıdır.

 

Ən çox gəlir əldə edən 2-ci idmançı isə “Klivlend Kavalers”in basketbolçusu Lebron Ceyms (86,2 milyon dollar), “Barselona”-nın yarımmüdafiəçisi Lionel Messi (80 milyon dollar), İsveçrəli tennisçi Rocer Federer (64 milyon dollar) və amerikalı basketbolçu Kevin Dyurant (60,6 milyon dollar) ilk “5”likdə qərar tutub.

 

Dünyanın ən gəlirli 100 idmançısı 2016-cı ilin iyunundan 2017-ci ilin iyun ayına qədər 3,1 milyard dollar gəlir qazanıblar.

 

Vüqar İSMAYILOV    

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?