Modern.az

Şimali Koreyadan Yaponiyaya hədə: "Ölkəni külə çevirəcəyik"

Şimali Koreyadan Yaponiyaya hədə: "Ölkəni külə çevirəcəyik"

8 İyun 2017, 20:27

Şimali Koreya Yaponiyanı hədələdi. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreyanın Sülhün Təminatı Komitəsinin rəhbəri Pak Çonq bəyanatla çıxış edib.

Şimali Koreya rəsmisi bildirib ki, Yaponiya ölkəsinə qarşı düşmən siyasətindən imtina etməsə, ABŞ-dan öncə bu ölkəni külə çevirəcəklər: "Əgər həqiqətən də Yaponiya hökumətinin təhlükəsizliyi ilə bağlı narahatlığı varsa, o zaman ərazisində yerləşən ABŞ hərbi bazalarının fəaliyyətini dayandırmalıdır. Unutmasınlar ki, Şimali Koreya rəhmsiz və yenilməz bir ölkədir".

 

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?