“Anar Məmmədovun vəkilinə təkzib verməklə bağlı heç bir müraciət etməmişik”.
Bu sözləri Modern.az-a açıqlamasında “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov “ZQAN Holdinq”in İdarə Heyətinin sədri Anar Məmmədovun “Yeni Müsavat” və “Azadlıq” qəzetləri ilə məhkəmə çəkişməsi barədə vəkil Ruslan Məmmədovun dediklərinə münasibət bildirərkən deyib. Qeyd edək ki, Anar Məmmədovun vəkili, “ZQAN Holdinq”in hüquq departamentinin rəhbəri Ruslan Məmmədov mayın 3-də “Media forum” saytına açıqlamasında deyib ki, adı çəkilən qəzetlər yaranmış mübahisənin məhkəmədən kənar həlli üçün təkzib verməyi təklif ediblər. Hüquqşunas hətta qəzetlərdən onlara bir təkzib mətni verildiyini bildirib.
Sücəddin Şərifov bildirib ki, nəinki məhkəmə predmeti zamanı, o cümlədən məhkəmədən kənarda kiminsə haqqında yazı gedəndə onun mövqeyin ifadə edə bilərlər.
“Mətbuatdan da hamı bilir ki, yazıda sözügedən şəxs KİV üçün əlçatmazdı. Kimsə deyirsə bu asandı, yoxlasın görsün.
2010-cu ilin may ayında bizim qəzetdə yazı gedib, ondan 4-5 ay sonra qəfildən bu yazı yadlarına düşüb və bizi məhkəməyə veriblər. Amma nədənsə dörd ay müddətində heç bir etiraz, təkzib filan olmayıb”.
S.Şərifov qeyd edib ki, əgər Anar Məmmədovun etiraz elədiyi yazıya uyğun təkzib olsa, yalnız o halda onu verməyə hazırdırlar.
Mail Ağaxanov