ABŞ Federal Təhqiqatlar Bürosunun sabiq rəhbəri Ceyms Kominin vəzifədən uzaqlaşdırılmasının səbəbi açıqlanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə açıqlama verən sabiq FTB direktoru vəzifəsindən azad olunmasına səbəb ölkədə keçirilmiş prezident seçkilərinə Rusiya müdaxiləsinin araşdırılması olub.
Məlumata görə, Senatın kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələr zamanı senatorlardan biri Ceyms Komidən vəzifədən getməsinə səbəbin Rusiya müdaxiləsinin istintaqının olub-olmadığını soruşub.
Ceyms Komi isə cavabında bildirib: “Bəli, mən belə hesab edirəm, çünki prezident bu cür deyib".
Modern.az