Cənubi Sudanda avtomobillər atəşə tutulub. Modern.az "RİA "Novosti"yə istinadən xəbər verir ki, yol ilə hərəkətdə olan nəqliyyat vasitələri Moli kəndi yaxınlığında silahlı dəstənin hücumuna məruz qalıb. Nəticədə 15 nəfər həlak olub. Daha 9 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Afrika ölkəsinin hökuməti insidentin araşdırılması ilə məşğul olur.
Modern.az