Modern.az

Milli Məclis cərimələri artırmağa hazırlaşır

Milli Məclis cərimələri artırmağa hazırlaşır

9 İyun 2017, 09:06

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etməyə hazırlaşır.

 

Modern.az-ın məlumatına görə, dəyişikliyə əsasən, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğində cərimə ediləcəklər.

 

Dəyişikliyə görə, həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə, yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd edilməlidir.

 

Qanuna dəyişiklik Milli Məclisin iyunun 13-də  keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 

Mirmahmud KAZIMOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular