Ramazan ayında uzun müddətli aclıq, ağızda qoxunun yaranmasına səbəb olur.
Bu səbəblə oruc tutan insanlar sosial həyatda özlərini qırağa çəkir, istədikləri kimi davranıb-danışa bilmirlər.
Lakin bu anda bir neçə məqama diqqət edilsə, problem aradan qalxa bilər.
Modern.az saytı həmin məqamları araşdırıb.
Ramazan ayında ağız qoxusunun qarşısını almaq, eləcə də ağız və diş sağlığı üçün aşağıdakılara diqqət etmək lazımdır:
Ağız quruluğu qoxunun artmasına səbəb olur. Gün ərzində su ilə ağzınızı yaxalayın.
Ramazan ayı boyunca ağız gigiyenasına xüsusi qayğı göstərin.
Ağız quruluğunu artıran çay, qəhvə və ədviyyatlı qidalardan uzaq olun.
Sarımsaq və soğan kimi qoxunu artıran qidaları çiy yeməyin.
Enerji içkilərindən uzaq durun.
Yemək yeyərkən qidanı mümkün qədər çox çeynəyin.
Ət və şirniyyat məhsulları həddindən artıq istifadə olunmamalıdır.
Məcid Əmirov