Modern.az

Vüqar Səfərli: “Bu ayın sonunadək jurnalist evinin təməlqoyma mərasimi keçiriləcək”

Vüqar Səfərli: “Bu ayın sonunadək jurnalist evinin təməlqoyma mərasimi keçiriləcək”

Media

3 May 2011, 17:32

“Bu ayın sonuna qədər jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasimi keçiriləcək”. Modern.az-ın məlumatına görə, bu sözləri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Mətbuat Şurasının bu günkü iclasında jurnalistlərə açıqlamasında deyib.

“Bibiheybət qəsəbəsində jurnalistlər üçün nəzərdə tutlan binanın tikintisinə lazım olan vəsait Fondun hesabına keçirilib. Bina 2 bloklu 18 mərtəbəli olacaq” deyən Vüqar Səfərli layihənin ekspertizadan keçməsi üçün binanın smeta sənədlərinin Fövqəladə Hallar Nazirliyinə göndərildiyini deyib.

Fond rəhbəri vurğulayıb ki, hər bir jurnalist fərdi şəkildə ev almaq üçün müraciət edə bilər.

“Bina iki ildən tez istifadəyə verilməyəcək. Tikintinin yekunlaşmasına bir neçə ay qalmış isə biz müraciətlərin qəbuluna başlayacağıq. Bundan əlavə, tikiləcək binadan ev almaq üçün təkcə qəzet və internet mediasının nümayəndələri deyil, televiziya jurnalistlərinin də müraciət etməsinin təmin edilməsi planlaşdırılır”-deyə o vurğulayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi