Modern.az

Britaniyada Mühafizəkarların “Pirr qələbəsi” - Baş nazir istefa verəcək?

Britaniyada Mühafizəkarların “Pirr qələbəsi” - Baş nazir istefa verəcək?

9 İyun 2017, 10:42

Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində Tereza Meyin başçılıq etdiyi Mühafizəkarlar Partiyası seçkilərdə qələbə qazanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, seçkilərdə qələbəyə rəğmən, bundabn əvvəl 327 deputatı olan Mühafizəkarlar bu dəfə 306 mandat qazanaraq, partlamentdəki mütləq çoxluğu itiriblər.

 

Buna görə ölkə parlamentində koalision hökumətin yaradılmasına ehtiyac yaranıb. Bu səbəbdən Tereza Meyin yaxın saatlarda tərəfdarları qarşısında çıxış edəcəyi gözlənilir. Liberal Partiyasının rəhbəri Ceremi Korbin artıq baş naziri istefa verməyə çağırıb.

 

Mühafizəkarların 306 kürsü qazandığı 650 yerlik parlamentdə Liberal partiyanın 258, liberal-demokratların 12, Şotlandiya Milli Partiyasının 34 və digər partiyaların 21 mandatı var.

 

 

Vüqar İSMAYILOV

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?