Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyə ordusunun hərbiçlərinin Qətərə göndərilməsinə razılıq verib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bununla yanaşı, iki ölkə arasında hərbi sahəsində əməkdaşlıq genişləndiriləcək. Türkiyə hərbçiləri Qətərdə jandarm qüvvələrinə təlimlər də keçəcək.
2014-cü ildə hərbi bazanın yaradılması barədə razılıq əldə edildikdən sonra 2016-cı ildə Qətərdə 150 türk hərbçisi yerləşdirilib. Onların sayının 3 minə çatdırılması planlaşdırılır.
Xatırladaq ki, Türkiyə prezidetni Ərdoğan 10 ərəb ölkəsinin Qətərlə diplomatik münasibətləri dondurmasını pisləmişdi.
Vüqar İSMAYILOV