Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Liviya lideri Müəmmər Qəddafini dərhal ölkəni tərk etməyə çağırıb. Modern.az türk qəzetlərinə istinadən bildirir ki, Ərdoğan ölkənin gələcəyi naminə bu addımı atmağa çağırıb.
“Liviyada yeni siyasi proseslər başlayıb. Öz xalqının gələcəyi naminə Qəddafi dərhal özünün tarixi, insani və vicdan borcunu yerinə yetirib ölkəni tərk etnməldir. Qəddafi hakimiyyətdən imtina etməli və onu Liviya xalqına və administrasiyasına verməlidir”-deyə Ərdoğan Liviya ilə bağlı bəyanatında bildirib.
“Liviya Qəddafi ailəsinin şəxsi mülkiyyəti deyil. Orada axan qan Liviya xalqının qanıdır. Qardaş qanı axıtmaq hesabına ədalətli sülhü əldə edilə bilməz”-deyə Ərdoğan bəyan edib.