Modern.az

Bakı Ali Neft Məktəbi beynəlxalq KİV-də

Bakı Ali Neft Məktəbi beynəlxalq KİV-də

9 İyun 2017, 12:54

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin İtaliyanın məşhşur  MaireTecnimont şirkətlər qrupunun Azərbaycandakı  nümayəndəliyi KT-KineticsTechnology şirkətində keçdiyi uğurlu istehsalat təcrübəsi Azərbaycan mediası ilə yanaşı  beynəlxalq medianın diqqətini çəkib.

 

Modern.az xəbər verir ki, tədbir haqqında məlumat ingilis, fransız və italyan dillərində MaireTecnimont və KT-KineticsTechnology SpA şirkətlərin rəsmi saytlarında, həmçinin bir sıra beynəlxalq informasiya agentliklərdə, o cümlədən,  ICPortaledell’IndustriaChimica, MilanoFinanza, ADVN, Agenzia Giornalistica Repubblica, NewsReality, BusinessNewsWorld, 24hGold və OnlineNews Planet, qəzetlərində də dərc olunub.

 

Xatırladaq ki, Ali Məktəbin Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 5-ci kurs tələbələri Amail Məmmədova, Riyad Baxşiyev və Sənan İbrahimova sertifikatın təntənəli təltif etmə mərasimində BANM-in rektoru Elmar Qasımov, MaireTecnimontGroup-un sədri Fabrizio Di Amato, şirkətin icraçı direktoru PerrobertoFolgiero, Xüsusi təşəbbüslər və regionda koordinasiya üzrə birinci vitse-prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Canni Bardazzi, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri  Karlo Nicolais, o cümlədən KT-KineticsTechnology şirkətinin kommersiya məsələləri üzrə vitse-prezidenti Andrea Vena, Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Heilpern, İnsan resursları üzrə meneceri Aida Bəşirova və Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak edib.

 

Modern.az

 

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular