Modern.az

18 nömrəli marşrutun istiqaməti dəyişdirildi

18 nömrəli marşrutun istiqaməti dəyişdirildi

Aktual

9 İyun 2017, 13:21

18 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edilib.

 

Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, “Formula 1” Azərbaycan Qran-Prisi yarışlarından sonra 18 nömrəli marşrut xəttinin hazırda son dayanacağı olan Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinədək (Qış parkı) uzadılması təmin ediləcək və marşrutda xidmət göstərən avtobusların sayının sərnişin axınına uyğun olaraq  23-dən  33-ə qədər artırılacaq. 

İyunun 11-də 7 nömrəli müntəzəm sərnişindaşıma marşurut xəttinin dayandırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə, o cümlədən “141” Çağrı Mərkəzinə  18 nömrəli marşrut xəttinin Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinədək (Qış parkı) uzadılması ilə bağlı çoxsaylı müraciətlər daxil olub.

 

Bakı Nəqliyyat Agentliyi bununla bağlı aparıdğı manitorinq və təhlillər nəticəsində 18 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik dilməsi və əvvəllər fəaliyyət göstərmiş 7 nömrəli maşrutun hərəkət sxeminə uyğunlaşdırılması məqsədəuyğun hesab edilib.

M.Ağayev qeyd edib ki, sərnişinlərin rahatlığının təmin edilməsini prioritet məqsəd olaraq qarşısına qoyan Bakı Nəqliyyat Agentliyi daxil olan şikayət və müraciətləri hər zaman diqqətdə saxlayır və ən önəmli məsələlərdən biri hesab edir.

 

Gülşən RAUFQIZI

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI