Modern.az

İranı İŞİD-dən qoruyan məktub YAYIMLANDI

İranı İŞİD-dən qoruyan məktub YAYIMLANDI

9 İyun 2017, 17:47

Məşhur terrorçu Üsəma Ben Ladenin Pakistandakı sığınacağında tapılan məktub İranın uzun illər radikal sünni qruplaşmalırının hücumundan necə qorunduğuna aydınlıq gətirir.

 

Modern.az “The Times”a istinadən xəbər verir ki, məktubda Ben Laden İraqdakı “Əl Qaidə” liderlərinə (sonradan İŞİD-ə çevriləcək) İrana hücum etməmək göstərişi verir.

“İranla döyüşməyə ehtiyac yoxdur. İran bizim insan, kommunikasiya, girovların saxlanması və s. üçün əsas arteriyamızdır”.

 

İlk növbədə qruplaşmanın İraqdakı lideri Əbu Musab əz-Zərkaviyə ünvanlanan məktubda Ben Laden İraq şiələrinə nifrəti gizlətməyi çağırır.

“Sənin şiələrə nifrətin "Əl Qaidə"nin maraqlarına cavab vermir və bizim İranla münasibətlərimizə pis təsir göstərə bilər”.

 

“The Times” İŞİD-in bir neçə gün öncə Tehranın mərkəzində təşkil etdiyi hücumları 10 illik sülhə son qoyduğunun göstəricisi kimi qəbul edir. Ekpsertlər də Yaxın Şərqdə İran və radikal sünni qruplaşmalar arasında qanlı mübarizənin başlanacağını proqnozlaşdırır.

 

Vüqar İSMAYILOV  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?