Modern.az

"Barselona" Çempionlar Liqasının finalına çıxıb

"Barselona" Çempionlar Liqasının finalına çıxıb

4 May 2011, 10:31

Ötən gecə Çempionlar Liqasının yarımfinal mərhələsinin bir cavab görüşü keçirilib. İki əzəli rəqib - "Barselona" və "Real" klubları təkrar üz-üzə gəliblər.
Madriddə baş tutan ilk görüşdə rəqibinə 0:2 hesabı ilə məğlub olan "Real" səfərdə heç-heçəyə nail olub - 1:1.  Bu nəticə "Barselona"nı finala çıxarıb.

Digər yarımfinal görüşü mayın 4-də İngiltərə "Mançester Yunayted"i ilə Almaniya "Şalke 04"ü arasında keçiriləcək. İlk görüşü 2:0 hesablı qələbə ilə başa vuran "Mançester Yunayted" mərhələ adlamağa daha yaxındır.

3 may

ÇL-in yarımfinal görüşünün cavab qarşılaşması

"Barselona" (İspaniya) - "Real" (İspaniya) - 1:1

Qollar: Pedro Rodriges, 54 (1:0). Marselo, 64 (1:1)

"Barselona": 1. Viktor Valdes, 2. Daniel Alveş, 3. Xerard Pike, 14. Xavyer Maskerano, 5. Karles Puyol, 6. Xavi Ernandes, 16. Serxio Buskets, 8. Andreas İnyesta, 7. David Vilya, 10. Lionel Messi, 17. Pedro Rodriges

"Real": 1. İker Kasilyas, 17. Alvaro Arbeloa, 18. Raul Albiol, 2. Rikardu Karvalyu, 12. Marselo, 14. Xavi Alonso, 10. Lassana Diarra, 7. Kriştianu Ronaldu, 8. Kaka, 22. Anxel Di Maria, 20. Qonsalo İquain.

(İlk oyun 2:0)

Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?