Modern.az

Ben Ladenin qızı: “Atam heç bir müqavimət göstərmədi...”

Ben Ladenin qızı: “Atam heç bir müqavimət göstərmədi...”

4 May 2011, 14:26

Ben Laden müqavmət göstərdiyi zaman öldürülməyb. Bu barədə əməliyyat zamanı malikanədə olmuş Ben Ladenin qızı Pakistanın xüsüsi xidmətinə bildirib. Modern.az  “Pakistan Observer” qəzetinə istinadən bildirir ki, Pakistan xüsusi xidmətinin qərargahında sorğu-sual zamanı Ben Ladenini qızı bildirib ki, amerikalılar “Əl-Qaidə” liderini silahsız yaxalayıblar. Bundan sonra o, evin içində olan qohumlarının gözü qarşısında güllələnib.

Evə baxan təhqiqatçılar belə nəticəyə gəliblər ki, Ben Laden müqavmət göstərməyib. Evdə olanlar deyiblər ki, amerikalılara bir güllə belə atılmayıb. Axtarış zamanı heç bir silah və partlayıcı maddə tapılmayıb.

Malikanədə Ben Ladenin arvadı və uşaqaları qarışıq 10-na qədər adam yaşayıb. Ben Ladenin qızı bildirib ki, onlar burada 2005-ci ildən yaşayırlar. Malikanəni yalnız Ben Ladenin iki oğlu mağazaya ərzaq almaq üçün tərk edirmiş. “Əl-Qaidə” liderinin oğulları çox mehriban olublar. Buna baxmayaraq evə heç kimi buraxmırmışalar. Məsələn, küçədə futbol oynayan uşaqların topu malikanənin həyətinə düşəndə onlar topu qaytarmaq əvəzinə uşaqlara yeni top almaq üçün pul verirmişlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?