Modern.az

Hafiz Hacıyev qurultayın vaxtını dəyişdi

Hafiz Hacıyev qurultayın vaxtını dəyişdi

4 May 2011, 14:28

Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın növbədənkənar keçirəcəyi qurultayı ilə bağlı  yenə toplantı keçirilib. Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib. Toplantıda qurultaya hazırlıq, təşkilati məsələlərlə bağlı dinləmələr, qurultayın nizamnaməsinin yenidən işlənmiş variantı oxunub və müzakirəyə çıxarılıb.

Qeyd edək ki, kecən toplantılarda nizamnamədə və partiyanın fəaliyyət planında  edilmiş  dəyişikliklər narazılıqlara səbəb olmuşdu  və yenidən işlənib hazırlanması üçün  İşçi  Qrupuna  qaytarılmışdı.

Müzakirələr zamanı  nizamnamınin  yeni variantı bəyənilib və qurultayın kecirilməsinə heç bir maneə  qalmadiğı  vurğulanıb. Daha  sonra toplantı  iştirakçıları qurultayın vaxtını  təyin  etmək üçün məsləhətləşmələr  aparıblar . Əvvəlcədən  aprel   ayının  ortalarına planlaşdırılan qurultayın vaxtı maliyə problemi üzündən iyun ayına qədər uzadılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?