Sumqayıt Şəhər Məhkəməsi bu gün AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlını 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Bu barədə AXCP mətbuat xidmətindən Modern.az-a məlumat verilib. Cabbar Savalanlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinib.
Hakim qərarı élan etdikdən sonra məhkəmə iclasında qalmaqal düşüb. İclasda iştirak edən AXCP-çi gənclər hakimin qərarına etiraz edərək “Azadlıq!” şüarları səsləndiriblər.
Polis etiraz edənlərin Natiq Ədilov, Zaur Qurbanlı, Elturan Rustəmli, Elçin Həsənov ve Emin Axundovu saxlayıb. Hazırda onlar Sumqayt şəhər Polis İdarəsinin 3-cü bölməsindədirlər.
Məhkəmə prosesində çəkiliş aparan “Azadlıq” radiosunun əməkdaşının kamerası polis tərəfindən alınıb. Məhkəmə prosesində diplomatik korpusun nümayəndələri və hüquq müdafiəçiləri iştirak edib.